Əsas Səhifə > Güney Press > Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir.

Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir.


Bu gün, 17:18
Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların
gözü ilə” adlı beynəlxalq fotomüsabiqə elan edilib. Fotomüsabiqə BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunur.
Layihə dünyaşöhrətli fotoqraf, “Reza Visual Academy”nin təsisçisi Reza Deqatinin iştirakı ilə
baş tutur.
“Yer kürəsi uşaqların gözü ilə” təkcə fotomüsabiqə deyil, eyni zamanda, gələcək nəslin ətraf
mühitə dair maarifləndirmədə və təbliğatda yol göstərməsi üçün fəaliyyət göstərməsinə
çağırışdır. Müsabiqəyə dünyanın hər yerindən 18 yaşına qədər uşaq və yeniyetmələr təbiətin
gözəllikləri, çirklənmə və iqlim dəyişikliyinin yaratdığı problemlər barədə fərqli baxışlarını
fotolar vasitəsilə təqdim etməyə dəvət olunur.
“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” devizi altında keçirilən müsabiqə gəncləri ətraf
mühitə sevgilərini və planetimizin gələcəyi ilə bağlı narahatlıqlarını əks etdirən cəlbedici
fotoşəkillər çəkməyə təşviq edir.
Qalib gələn fotoşəkillər COP29 çərçivəsində noyabrın 11-dən etibarən Bakıda Heydər Əliyev
Mərkəzində sərgilənəcək.
Xatırladaq ki, bundan əvvəlki “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi gənc
fotoqrafların bədii istedadlarını, ətraf mühitə dair məlumatlılığını nümayiş etdirərək qlobal
diqqət toplayıb, fotoqrafiyanın maarifləndirmə və sənətin unikal və effektiv bir formada
birləşdirici rolunu göstərib.
Müsabiqə gənclərə ətraf mühitin mühafizəsində mövqe tutmaq və fotoqrafiyanın universal dili
ilə dəyişikliklərə ilham vermək məqsədi daşıyır.
Fotoqrafiyada təcrübə və bacarıq səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdən 18 yaşa qədər
uşaq və yeniyetmələr müsabiqədə iştirak etmək üçün mövzuya uyğun gələn 1-dən 20-dək
fotoşəkil (şəkillərin kontekstini və mövzu ilə əlaqəsini təsvir edən qısa izah qeyd etməklə)
təqdim edə bilərlər.
Oktyabrın 31-i müraciət üçün son tarixdir.
Münsiflər heyəti fotoşəkilləri yaradıcılıq, mövzuya uyğunluq, düşüncə və emosiya oyatmaq
bacarığı əsasında qiymətləndirəcək. Qaliblər qlobal səviyyədə tanınma fürsətindən əlavə, sənət
nailiyyətlərinə görə SRL kameralar qazanacaqlar.
Təqdimatlar müsabiqənin rəsmi internet səhifəsi vasitəsilə onlayn verilə bilər. Əlavə məlumat və
təlimatlar saytda mövcuddur.
Ətraflı məlumat üçün vebsayt: https://childreneyes.earth/
Sosial media hesabları: Instagram: @childrenseyesonearth; Facebook: @childrenseyesonearth
Əlaqə: [email protected]

"DİA-AZ"

Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir.
Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir.

Geri qayıt