Əsas Səhifə > Güney Press > Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir

Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir


Bu gün, 18:00
Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib. Dövlətimizin başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib. Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşıladı.

Siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, bildiyiniz kimi, Azərbaycan BRICS-ə üzvlük üçün müraciət edib:

“Bu, rəsmi Bakının xarici siyasət kursu üçün mühüm addım olmaqla yanaşı, həm də geosiyasi vəziyyətin tələbidir. İclas çərçivəsində Azərbaycanın təşkilata üzvlüyü ilə bağlı müəyyən müzakirələr olacaq. Əlbəttə, rəsmi Bakının üzvlüyü digər dövlətlər tərəfindən müsbət qarşılacaq. Çünki üzv dövlətlər Azərbaycanın qüdrətini anlayırlar.
Səfər çərçivəsində prezident İlham Əliyevlə həm də həmkarları ilə görüşəcək, mühüm məsələləri müzakirə edəcək”.

Geri qayıt