Əsas Səhifə > Güney Press > BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər

BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər


Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər
Kazan sammitində BRİKS iştirakçılarının dövlət başçıları hələlik assosiasiyaya yeni üzvləri qəbul etməmək, bəzi ölkələrə assosiasiyaya tərəfdaş statusu vermək qərarına gəliblər.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“BRICS dövlət başçıları 30-35 ölkənin assosiasiyaya qoşulmaq üçün müraciətinə cavab olaraq Kazanda keçirilən toplantıda belə qərara gəliblər ki, hazırda qrupa yeni üzvlər qəbul edilməyəcək və bəzi ölkələr BRİKS-ə tərəfdaş kimi qoşulacaq”, - deyə "IRNA" agentliyi nazirin sözlərinə istinadən məlumat verib.

Geri qayıt