Əsas Səhifə > Güney Press > “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir

“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir


Bu gün, 13:01
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
1 noyabr 2024-cü ildən etibarən “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması yolu ilə “ADY Ekspress” MMC yenidən təşkil ediləcək.

Banker.az bu barədə ADY-yə istinadən xəbər verir.

ADY Müşahidə Şurasının qərarı əsasında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı ilə qanunvericiliyə və hüquqi prosedurlara tam uyğun şəkildə icra edilən yenidən təşkil prosesi nəticəsində “ADY Ekspress” bütün funksiyaları öz üzərinə götürəcək və müştərilərə həm konteyner, həm də vaqonlarla daşımalar üzrə daha geniş əhatəli və səmərəli xidmətlər təqdim edəcək.

Geri qayıt