Əsas Səhifə > Güney Press > İran Azərbaycandan xahiş etdi

İran Azərbaycandan xahiş etdi


Bu gün, 13:24
İran Azərbaycandan xahiş etdi
Oktabrın 23-də Şərqi Azərbaycan əyalətinin başçısı Bəhram Sərməst Azərbaycanın Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynovla görüşüb.

“Cebhenfo.az” xəbər verir ki, bu barədə “Nasr News” yazıb.

Məlumata görə, görüşdə əyalət valisi sərhədlərin bağlanması və Azərbaycan tərəfindən İran vətəndaşlarına viza verilməsi probleminin həlli üçün lazımi tədbirlərin görülməsini xahiş edib.

“Qonşularla münasibətləri inkişaf etdirmək hökumətimizin prioritetlərindən biridir. Biz qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla iqtisadi-ticarət mübadilələrinin inkişaf etdirilməsinə çalışırıq. Bizim Azərbaycanla ortaq dərin tarixi, məzhəb və mədəni cəhətlərimiz var və iqtisadi əlaqələr də inkişaf etdirilməlidir”, - deyə Bəhram Sərməst vurğulayıb.

Azərbaycanın Təbrizdəki Baş konsulu da öz növbəsində Bəhram Sərməsti Şərqi Azərbaycan valisi təyin edilməsi münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

Geri qayıt