Əsas Səhifə > Güney Press > Ermənilər Hindistan vətəndaşlarından bezdilər

Ermənilər Hindistan vətəndaşlarından bezdilər


24-10-2024, 13:31
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Hindistan, İraq və Misir vətəndaşları üçün Ermənistan ərazisinə giriş prosedurları sərtləşdiriləcək.

Musavat.com xəbər verir ki, müvafiq qərar oktyabrın 24-də Ermənistan hökumətinin iclasında qəbul edilib.

Adıçəkilən ölkələrin vətəndaşlarına münasibətdə Ermənistana gəlmələrinə zəruri şərt kimi maliyyə resurslarının mövcudluğu haqqında məlumatın (bank hesabından çıxarış, digər sübutlar) təqdim edilməsi təklif edilir. Bundan başqa, tibbi (turist) sığortası da elektron vizanın alınması üçün məcburi şərtə çevrilir.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin miqrasiya axınlarının mövcud vəziyyəti ilə bağlı apardığı araşdırmanın nəticələrinə görə, 2024-cü il yanvarın 1-dən avqustun 28-dək 11 965 Hindistan vətəndaşı qeyri-qanuni yollarla Ermənistana gəlib.

Geri qayıt