Əsas Səhifə > Güney Press > "Əminəm ki, bu terror aktını törədənlər...

"Əminəm ki, bu terror aktını törədənlər...


24-10-2024, 13:38
"Əminəm ki, bu terror aktını törədənlər...
Xəbər verdiyimiz kimi Türkiyənin paytaxtı Ankarada TUSAŞ-ın istehsal obyektində baş verən terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb, 22 nəfər yaralanıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, qardaş Türkiyə qarşı törədilən bu xain hücumu şiddətlə qınayır və qardaş türk xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirik:

"Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin Ankaradakı qərargahında törədilmiş, günahsız insanların qətlə yetirilməsinə və yaralanmasına səbəb olmuş terror aktı insan hüquq və azadlıqlarının pozan qanlı cinayətdir. Terror vandalizm zəiflərin silahıdır. Bu gün terrorçular Türkiyə ilə üzbəüz mübarizə apara bilmirlər. Çünki bilirlər ki, onlar türk ordusunun qarşısında dayana bilməyən gücsüz və qorxaqdırlar. Əminəm ki, bu terror aktını törədənlər tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar".

Deputat qeyd edib ki, qardaş Türkiyə Azərbaycan kimi tarix boyu terrordan əziyyət çəkən dövlətdir:

"Xalq və dövlət olaraq hər zaman qardaş Türkiyənin yanındayıq. Türkiyə Azərbaycanın dəstəyinə güvənə bilər. Bu gün terrorçularla mübarizə aparmaq üçün Türkiyənin yetərli gücü və qüdrəti var. Türkiyəyə qarşı bu alçaq hücumu törədənlər mütləq şəkildə cəzalandırılacaqlar".

Geri qayıt