Əsas Səhifə > Güney Press > İrəvandan sülh açıqlaması:
İrəvandan sülh açıqlaması:24-10-2024, 13:50 |
Ermənistan Azərbaycanla sülh müqaviləsinin tezliklə bağlanması və blokadanın aradan qaldırılması üçün əlindən gələni edir. Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan deyib. Vitse-spiker xatırladıb ki, bu yaxınlarda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri İstanbulda görüşüblər: “Sülh sazişinin imzalanmasını mümkün etmək üçün cəhdlər edilir və biz bu istiqamətdə əlimizdən gələni əsirgəmirik”. Rubinyan hansısa mərhələdə danışıqlarda vasitəçiyə ehtiyacın yaranıb-yaranmayacağı ilə bağlı suala belə cavab verib: “Hər şey mümkündür, amma indiki mərhələdə danışıqlar ikitərəfli xarakter daşıyır. Əvvəldən xarici işlər nazirləri səviyyəsində danışıqların formatı ikitərəfli olub. Faktiki danışıqlar zamanı tərəflər otaqda tək olublar. Formatın nə vaxtsa dəyişə biləcəyini istisna edə bilmərəm, amma indiyə qədər belə gedib. Məsələ praqmatizmdə və praktiklikdədir”. Ermənistanın sərhəd komissiyalarının birgə fəaliyyətinə dair əsasnaməni ratifikasiya etməyə tələsdiyinə dair iddialara toxunan vitse-spiker qeyd edib: “Niyə tələsməməliyik və ya yaxşı şeylərin tez olmasını nə üçün arzulamamalıyıq?”. Geri qayıt |