Əsas Səhifə > Güney Press > Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA

Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA


Bu gün, 14:54
Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA
Dünən "DİA-AZ" olaraq Göygöl rayon sakini Hacıyev Haxoy Əlaslan oğlunun gileyini təqdim etmişdik.

YAZISI BURADA: ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR... - MÜRACİƏT

Bununla bağlı ilgili qurum olaraq Göygöl rayon İcra Hakimiyyətindən "DİA-AZ"a münasibət açıqlanıb. RİH-in cavabında deyilir:

"Bildiririk ki, Kənd Təsərrüfatı Nazirliyi yaninda Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Göygöl regional mərkəzinin Toxum analizləri şöbəsinin müdiri vəzifəsində müqavilə əsasında çalışmış Hacıyev Əlaslan Yusif oğlu müqavilə müddəti bitdiyi üçün işinə 01.10.2024-cü il tarixindən xitam verilmişdir.
Hacıyev Əlaslan Yusif oğlunun müharibə iştirakçısı və digər imtiyazları olmasını nəzərə alıb ixtisasına uyğun digər işlər təklif olunmuş, lakin Əlaslan Hacıyev həmin təklif olunan vəzifələrdən imtina etmişdir".

Geri qayıt