Əsas Səhifə > Güney Press > Nəsimidə ağacəkmə aksiyası davam edir

Nəsimidə ağacəkmə aksiyası davam edir


Bu gün, 15:01
Nəsimidə ağacəkmə aksiyası davam edir
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar oktyabrın 18-dən başlayan ağacəkmə aksiyası davam etdirilir.

“DİA-AZ” xəbər verir ki, tərtib olunmuş tədbirlər planına əsasən rayonun ayrı-ayrı ərazilərində bu günə qədər 9 mindən artıq ağac, gül kolları, çiçək əkilib.

Bu gün keçirilən növbəti ağacəkmə aksiyası çərçivəsində Moskva prospekti boyunca 1000-dən artıq dekorativ gül kolları və çiçəklər, 150-ə yaxın müxtəlif növ həmişəyaşıl ağac əkilib. Ağacəkmə aksiyası oktyabr ayının 28-dək davam etdiriləcək.

Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Nəsimidə ağacəkmə aksiyası davam edir
Nəsimidə ağacəkmə aksiyası davam edir
Nəsimidə ağacəkmə aksiyası davam edir

Geri qayıt