Əsas Səhifə > Güney Press > Moskvada
Moskvada24-10-2024, 15:26 |
Moskvanın Aeroport rayonunda, keçmiş “Bakı” kinoteatrının binasında “Görüş Yeri - Bakı” regional mərkəzi açılıb. AzVision.az xəbər verir ki, Moskvanın Şəhərsalma siyasəti departamentinin mətbuat xidməti belə məlumat yayıb. Moskva hökumətinin naziri, Moskva şəhərsalma siyasəti departamentinin rəhbəri Vladislav Ovçinski burada sakinlər üçün müxtəlif mühazirələrin oxunacağını, ustad dərslərinin, xoreoqrafiya, vokal, şahmat və digər sahələr üzrə dərslər keçiriləcəyini diqqətə çatdırıb. “Yenilənmiş binanın sahəsi 13 min kvadratmetrdən çoxdur. Mərkəz dördmərtəbəlidir. Noyabrda burada moskvalılar üçün çoxfunksiyalı və mədəni-istirahət mərkəzinin açılması planlaşdırılır. Moskva sakinləri burada müxtəlif mühazirələr, ustad dərsləri, xoreoqrafiya, vokal, şahmat və digər istiqamətlər üzrə dərslərdə iştirak edə biləcəklər”, - deyə V.Ovçinski bildirib. 1974-cü ildə Rusiya paytaxtında inşa edilən “Bakı” kinoteatrının binasının dizaynında ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə olunub. Geri qayıt |