Əsas Səhifə > Güney Press > Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır24-10-2024, 17:21 |
Dünən "DİA-AZ" olaraq xəbər vermişdik ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin çimərliyindən iri yük maşınları dəniz qumunu daşıyır. YAZISI BURADA: Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır Bununla bağlı "DİA-AZ"- yerli RİH-dən münasibət açıqlanıb. Həmin göndərini olduğu kimi təqdim edirik: "Sosial şəbəkələrdə qaldırılan məsələ ilə əlaqədar bildiririk ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində, dəniz kənarında qazıntı işlərinin aparıldığı torpaq sahəsi Bak Şəhər İcra Hakimiyyəti başçısının 26.08.2024-cü il tarixli, 148 saylı sərəncamı əsasında “Nardaran İnvest” MMC-nin istifadəsinə verilmişdir. “Nardaran İnvest” MMC hal-hazırda həmin ərazidə torpaq bərkitmə və yol inşası işləri həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sahilyanı ərazilərin qumunun daşınmasının qarşısının alınması istiqamətində mütəmadi monitorinqlər həyata keçirilir". Geri qayıt |