Əsas Səhifə > Güney Press > Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!
Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!24-10-2024, 17:52 |
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib. Axar.az xəbər verir ki, o, sosial şəbəkə hesabından Azərbaycan dilində müraciət yayaraq, soydaşlarımızı oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə qatılmağa səsləyib. “Mənim əziz həmvətənlərim! Bu sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəlidə birgə görüləcək daha çox işlərimiz var. Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. “Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək” deyənlərə inanmayın. Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin”, - Saakaşvili bildirib. Geri qayıt |