Əsas Səhifə > Güney Press > Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq

Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq


Bu gün, 08:17
Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq
Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ölkəsinin Rusiya qazının “bir molekulunu belə” idxal etmədiyini bildirərək Türkiyə üzərindən Azərbaycandan qaz aldığını bildirib.

“Report” xəbər verir ki, bu barədə hökumət üzvü “Digi24”ə danışıb.

“Rumıniya Rusiya qazının bir molekulunu belə idxal etmir və bütün Avropa ölkələri də özlərini məhz belə aparmalıdırlar”, – o söyləyib.

Nazir Rumıniyanın bəzi qonşularının Rusiya qazı qarşısında seçimsiz qaldığına diqqət çəksə də, Buxarestin qaz üçün Azərbaycana üz tutduğunu etdiyini vurğulayıb:

“Əlbəttə, seçimləri olmadığını və Rusiyadan idxal etməyə davam etməli olduqlarını söyləyən qonşularımız da var. Ümumiyyətlə, biz Bolqarıstanla münasibətlərə uyğun olaraq idxal edirik, yəni o cümlədən Azərbaycandan gələn qaz Türkiyədən böyük magistrallar vasitəsilə gəlir, lakin Türkiyəyə çatanda o, Türkiyə qazı hesab olunur”.

Xatırladaq ki, apreldə “Report”a müsahibəsində “Avropanın qalan hissəsi üçün Azərbaycan qazına çıxış”ın vacibliyinə toxunan Burduja bunu “Rusiya qazına başqa təhlükəsiz alternativ”in olmaması ilə əsaslandırmışdı.
Geri qayıt