Əsas Səhifə > Güney Press > “Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…”

“Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…”


Bu gün, 11:07
 “Bakıya getməyə məcburuq! – 32 ailə, 32 qız…”
“Noyabrın ortalarında Bakıda BMT-nin mühüm iqlim sammiti (COP29 – red.) keçiriləcək. Azərbaycan təklif ediləndə Ermənistan buna veto qoya bilərdi, lakin razılaşdı və əvəzində Azərbaycan 32 hərbi əsiri azad etdi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan yazıb.

“Bakıya getmək, ya getməmək?

32 ailədə yenidən çıraq yandırılıb.

32 uşaq ataları ilə fəxr edir.

32 qız qardaşını tapıb.

32 ana həyata qayıdıb.

32 atanın üzündə təbəssüm yarandı”, – T.Akopyan yazıb.

Azərbaycanla bağlı cəfəng fikirləri ilə tanınan Akopyan Bakıda istintaq təcridxanasındakı separatçı terrorçuların azadlığa buraxılmasını gündəmə gətirməyə çalışıb:

“Ermənistan noyabrda Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edib-etməmək barədə qərar verməyib. Bakı həbsxanalarında qalan onlarla (əslində, 13 terrorçu – red.) ermənidən birini vətənə qaytarmaq mümkün olsa belə, əyalət millətçilərinin, məsuliyyətsiz vətənpərvərlərin gurultulu tənqidlərinə məhəl qoymayaraq, Bakıya getməyə məcburuq. Gedin Bakıya, vətəndaşlarımızı evə gətirin”.

Geri qayıt