Əsas Səhifə > Güney Press > Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyibBu gün, 13:58 |
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib. “Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamenti sənədi ratifikasiya edib. Sənədin lehinə 67 deputat səs verib. Xatırladaq ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur. Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib. Geri qayıt |