Əsas Səhifə > Güney Press > "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ...

"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ...


Bu gün, 16:50
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ...
Sabirabad rayonu, Kovlar kənd sakini Abasov Azad Kamil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik:

“Mən, Abasov Azad Kamil oğlu, yazaraq bildirirəm ki, oğlum 2015-ci ildə Abasova Rufanə Mübariz qızı ilə ailə qurmuşdur. İki azyaşlı övladı vardır. Oğlum elektrik işlədiyindən, əsas işi Bakı şəhərində olur, arabir evə gəlir. Bir müddət yoldaşı Rufanəni də özü ilə Bakı şəhərinə aparmış və orada ev tutub yaşamışlar. Sonra oğlum Rufanəyə “get bir neçə ay rayonda qal, sonra gələrsən” deyə bildirmişdir. Bunu dediyi üçün Rufanə özünə qol nahiyyəsindən xəsarət yetirmiş və Bakı şəhərindən işdən çıxmış, ailəsini götürüb rayona evə gəlmişdir.

Onlar gələndən Rufanə “mən kənddə qala bilmirəm, burada sıxılıram” deyə bildirmişdir. Bir müddət sonra Bakı şəhərində kirayədə yaşadığı evdə həyat yoldaşı ilə dalaşıb, qadınların sığınacaq evinə getmişdir. Daha sonra qardaşı gedib yerini müəyyən etmiş və onu kəndə, ata evinə gətirmişdir.

20.08.2021-ci il tarixində, axşam saatlarında bacısı Təhminə iki azyaşlı övladı ilə onlara qonaq gəlmiş və gecəni orada qalmışlar. 21.08.2021-ci il tarixdə Rufanə uşaqları evdə qoyaraq, saat 09:00 radələrində bacısı Qurbanova Təhminə Mübariz qızına qoşulub naməlum istiqamətə getmişlər. Bu zaman Təhminə uşaqlarını özü ilə götürüb, evdə olan paltarları, qızılları və sənədləri də götürərək, çıxıblar.

Rufanə istifadəsində olan mobil nömrə ilə oğluma səs atıb ki, “bizi axtarma, bizi kənd sıxırdı, orada qala bilmirik, uşaqlardan muğayat ol”. Bir müddət sonra isə o, gəlib uşaqlarını da aparıb.

Daha sonra Rufanə oğlumdan boşanmaq üçün Sabirabad Rayon Məhkəməsinə ərizə verib. Uşaqların ataları ilə qalmaq istəmələrinə baxmayaraq, hakim Füzuli Pənahov onların qəyyumluğunu analarına verib.

Sizdən xahiş edirəm ki, mənə kömək edin, işə başqa rayon məhkəməsində baxılsın. Çünki, əslində, bu vəziyyətdə uşaqların qəyyumluğu oğluma verilməlidir”.

Geri qayıt