Əsas Səhifə > Güney Press > Gürcüstanda baş tutacaq seçkilər...

Gürcüstanda baş tutacaq seçkilər...


Bu gün, 08:03
Gürcüstanda baş tutacaq seçkilər...
26 oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərində Qərblə Rusiya arasında Gürcüstan uğrunda qızğın mübarizə baş verəcək. Ona görə də Gürcüstanda növbəti parlament seçkilərinə xarici müdaxilədən ehtiyatlanırlar. Seçkilər yaxınlaşdıqca, Gürcüstanda siyasi vəziyyət daha da kəskinləşir. Hazırda bu ölkədə hakimiyyətlə qərbpərəst qüvələr arasında qalib gəlmək uğrunda olduqca amansız mübarizə gedir. Qərb isə Gürcüstanda hakimyyət dəyişikliyinə nail olmaq üçün artıq təxribat planına start verib.

Politoloq Oqtay Qasımov “Sherg.az”a vurğulayıb ki, Gürcüstanda baş tutacaq parlament seçkiləri Gürcüstanın, ümumiyyətlə Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq:

“Sözügedən seçkilərin nəticələri faktiki olaraq Gürcüstanın gələcəyi ilə bağlı verilən qərar olacaq. Əgər hakimiyyət komandası seçkilərdə qalib gələcəksə, Gürcüstanda indiki siyasət davam edəcək. Əksinə olaraq müxalifət uğur qazanarsa, Gürcüstanın siyasətində ciddi dəyişikliklər baş verəcək. Qərbin isə bölgədə rolu yenidən artmağa başlayacaq. Hazırki Gürcüstan hakimiyyətiylə Qərb arasında kifayət qədər ciddi fikir ayrılıqları mövcuddur və gərginliklər yaşanmaqdadır. Qərb Gürcüstanda seçkilər vasitəsilə hakimiyyəti dəyişməyə və onun yerinə özünə yaxın qüvvələrin gəlməsinə çalışır. Məhz ona görə də bu və yaxud digər formalarda kobud müdaxilələr etməklə, Gürcüstanın daxili işlərinə qarışmaqla prosesi yönləndirməyə səy göstərirlər. Hətta müxtəlif iddialara görə seçki sonrası küçə etirazları və inqilab vasitəsilə hakimiyyətin dəyişdirilməsi planları da var. Gürcüstanda keçirilən seçkilərin nəticələri bölgənin taleyi ilə bağlı bir çox suallara aydınlıq gətirəcək”.
Geri qayıt