Əsas Səhifə > Güney Press > Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi

Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi


Bu gün, 08:05
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi
Sosial yardım ala bilməyənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı məhkəməyə müraciətləri artır. Bakı İnzibati Məhkəməsində bununla bağlı növbəti işə baxılacaq.

Tribunainfo.az xəbər verir ki, nazirliklə bağlı iddianı bu dəfə Əsədova Sevil Ələmşad qızı qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. İddiaçı sosial təminat ala bilmədiyi üçün nazirliyi məhkəməyə verib.

Nazirliklə bağlı qaldırılmış işə 25 noyabr tarixində baxılacaq. İş hakim Miminat Hacıbəyovanın icraatındadır.

Qeyd edək ki, Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı ay ərzində onlarla belə işə baxılır. ƏƏSMN ən çox narazılıq yaradan və məhkəməyə verilən nazirliklərdəndir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.
Geri qayıt