Əsas Səhifə > Güney Press > Dəfələrlə izah etməyə çalışsaq da...

Dəfələrlə izah etməyə çalışsaq da...


Bu gün, 09:23
Dəfələrlə izah etməyə çalışsaq da...
Bu hüquqlarını bilməsi işçilər üçün çox vacib və mühüm əhəmiyyət daşıyır. Belə ki, bir çox hallarda pozulmuş əmək hüquqlarının bərpa edilməsi ilə əlaqədar işçilərin gəldiyi yanlış bu nəticə - onların iddia tələblərinin təmin olunmaması ilə nəticələnir. Dəfələrlə izah etməyə çalışsaq da, bir çox işçilər bunu qəbul etmək istəmirlər. Belə ki,
Bir çox işçilər yanlış olaraq belə fikirləşirlər ki, onlar:hüquqlarını pozan işəgötürənə qarşı onun yuxarı təşkilatına qarşı, Dövlət Əmək Müfəttişliyinə, dövlət və sair hüquq mühafizə orqanlarına və ya vəzifəli şəxslərinə yazılı müraciət etdikləri zaman iddia müddətinin axımı dayanır.
Belı səhv yanlışlığa yol vermiş işçilər isə iddia müddətini buraxdıqda və məhkəməyə müraciət etdikdə, onların iddia ərizəsi qəbul edilib baxıla bilər, lakin sonda haqlı olsalar belə iddia müddətini buraxdıqlarlna görə iddia tələbləri təmin olunmayacaq.
Hər bir işçi bilməlidir ki, İddia müddətinin axımı yalnız aşağıdakı hallarda dayana və ya üzrlü hesab edilə bilər:
1. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatlarının nəzdində yaradılan fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan olduqda və işçi ora müraciət etdikdə, iddia müddəti -3 ay müddətində artır.
2. "Mediasiya haqqında” AR-nın Qanunu ilə müəyyən qaydada işə uMediasiyada baxılan müddətdə - təqribən 1 aya qədər.
3. İddiaçının «yaxın qohumunun»:işçinin ata, ana, baba, nənə, əri (arvadı), uşaqları,bacı və qardaşları,qardaş və bacılarının xəstələnməsl və ya vəfat etməsi,iddiaçının ezamiyyətdə və ya yaşayış yerindən kənarda məzuniyyətdə olması və s. digər hallarda iddia müddətinin buraxılması məhkəmə Hakimi tərəfindən də üzrlü hesab edilə bilər.
4. Yuxarıda göstərilən hallardan başqa qalan bütün hallarda işçifərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən - 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
5.Hüququnun pozulmasının aşkar etdiyi gün, işçiyə: əmrin, əmək kitabçasının, haqq - hesab sənədlərinin (kitabça, vərəqə, çekinin) verildiyi,həmçinin əmək müqaviləsininƏmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
6. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi - 1 il ərzində məhkəməyə müraciət edə bilər.
7.İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
8. İşəgötürən tərəfindən - işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət onların hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması ilə əlaqədar - 1 il müddətində müraciət edilə bilər.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ"

Geri qayıt