Əsas Səhifə > Güney Press > Seymur Verdizadə baş redaktorluqdan getdi

Seymur Verdizadə baş redaktorluqdan getdi


Bu gün, 11:21
Seymur Verdizadə baş redaktorluqdan getdi
Tanınmış jurnalist Seymur Verdizadənin “Yenisabah.az” saytından ayrıldığı barədə məlumat yayılıb.

Modern.az-ın əməkdaşı jurnalistlə əlaqə saxlayıb, Seymur Verdizadə xəbəri təsdiq edib. O, yeni iş yeri ilə bağlı yaxın günlərdə açıqlama verəcəyini deyib.

S.Verdizadə 2020-ci ilin fevralından “Yenisabah.az”ın baş redaktoru işləyirdi.

S.Verdizadə Türkiyənin Qazi Universitetinin məzunudur.

1998-ci ildən indiyə kimi peşəkar jurnalist fəaliyyəti ilə məşğul olub.

Bir sıra qəzetlərdə və saytlarda çalışıb. ATV, “Xəzər”, “Space” və ARB TV-nin ən reytinqli verilişlərinin eksperti olub.

S.Verdizadə köşə yazarı kimi oxucuların daim izlədiyi qələm sahiblərindən biridir. O, həm də Jurnalist Araşdırmaları Mərkəzinin sədri kimi QHT sektorunda aktiv fəaliyyət göstərib.

Geri qayıt