Əsas Səhifə > Güney Press > Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq

Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq


26-10-2024, 11:47
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə
əlaqədar bu il ölkəmizin bütün bölgələrində mütəmadi olaraq kütləvi
ağacəkmə aksiyaları təşkil edilib və bu zaman yüz minlərlə yeni ağac və
kollar əkilib. paytaxt Bakı şəhərində bu aksiyalar geniş vüsət alıb. Şəhərin
müxtəlif ərazilərində, park və istirahət bağlarında, prospekt və küçələrin
kənarında yerli iqlimə uyğun ağaclar, kollar və güllər əkilib və bu işlər
davam etdirilir.
18-27 oktyabr tarixlərində ölkə üzrə “Yaşıl bir dünya üçün həmrəy
olaq!” şüarı altında keçirilən genişmiqyaslı ağacəkmə aksiyalarında
paytaxt Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri də
yaxından iştirak edirlər. Bu işlər çərçivəsində oktyabrın 26-də Bakı
Şəhər və Pirallahı rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə paytaxtın
Pirallahı rayonunda əsas magistral yolunun kənarındakı boş ərazidə
növbəti genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Bu gün keçirilən aksiyada icra qurumlarının, kommunal və digər
xidmətlərin, Yaşıllaşdırma Birliyi Təsərrüfatının əməkdaşları tərəfindən iqlim
şəraitinə uyğun olaraq seçilmiş 3000-dən çox Eldar Şamı və 2000-dən çox
oleandr kolları əkilib. Yeni əkilən ağac və kollara aqrotexniki qulluq
göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati
və texniki tədbirlər görülüb.
Yaxın gələcəkdə bu ərazidə əkilən ağac Pirallahı qəsəbəsinə uzanan
magistral yolu daha da gözəlləşdirəcək, sakinlərimizin zövqünü
oxşayacaqdır.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti
"DİA-AZ"

Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq

Geri qayıt