Əsas Səhifə > Güney Press > Paşinyandan geri addım:

Paşinyandan geri addım:


26-10-2024, 13:00
Paşinyandan geri addım:
Ermənistanda Avropa Birliyinə (AB) üzvlüklə bağlı referendum üçün lazım olan 50 min imza toplanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Avropa partiyasının sədri Tiqran Xzmalyan nəşrə deyib ki, gələn həftə Mərkəzi Seçki Komissiyası nəticələri təsdiqlədikdən sonra sənədi parlamentə təqdim edəcəklər. Onun sözlərinə görə, imzatoplamanın nəticələri noyabrın əvvəlində parlamentə təqdim olunacaq.

“Joqovurd” yazır ki, Baş nazir Nikol Paşinyanın bu məsələ ilə bağlı referendum keçirmək fikrində deyil: “Baş nazir komanda yoldaşları ilə qapalı iclasda açıq şəkildə bəyan edib ki, referendum olmayacaq".

Paşinyan bunu yayda Ermənistan Demokratiya Forumu zamanı açıq elan edərək söyləmişdi ki, AB-yə üzvlük üçün referendum keçirməyə ehtiyac görmür, çünki xalqın fikrini bilir.

“Paşinyanın bu bəyanatına əsaslansaq, bu təşəbbüsün parlamentdə rədd ediləcəyini demək olar. Prosedura görə, parlament parlamentdənkənar qüvvələrin bu təşəbbüsünü rədd edərsə, o zaman onlar 300 min imza toplayıb eyni gündəmlə yenidən parlamentə müraciət edə bilərlər”, - məlumatda deyilir.

Geri qayıt