Əsas Səhifə > Güney Press > Tanınmış aparıcı ailə həyatı qurdu:
Tanınmış aparıcı ailə həyatı qurdu:26-10-2024, 13:59 |
Tanınmış teleaparıcı Aysel Nazimqızı ailə həyatı qurub. Paytaxt restoranlarından birində baş tutan toya aparıcının yaxınları, televiziya əməkdaşları qatılıb. Moderator.az-a açıqlama verən aparıcı sevincini bu sözlərlə bildirib. “Çox xoşbəxtəm. Çünki sevdiyim insanla ailə həyatı qururam. Xoş günümə gələn hər kəsə təşəkkürümü bildirirəm. Ələxsus da televiziya əməkdaşlarına, qohumlarıma, dostlarıma” deyə o bildirib. Qeyd edək ki, Aysel Nazimqızı Atv kanalında yayımlanan “Ləziz macəra” verilişinin aparıcısı olub. O hazırda Speys kanalında “Banu” verilişinə aparıcılıq edir. Geri qayıt |