Əsas Səhifə > Güney Press > Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ26-10-2024, 14:11 |
“BRİCS dünya iqtisadiyyatının ¼ hissəsini, quru ərazisinin 27%, əhalisinin 45% əhatə edən və iqtisadiyyatı dinamik artan ölkələrini özündə birləşdirən, sıraları artmaqda davam edən beynəlxalq təşkilatdır. BRİCS böyük əmək və təbii resurslar deməkdir. BRİCS ölkələri həm enerji resurslarının istehsalçısı həm də istehlakçısıdırlar. Bu baxımdan BRİCS-ə üzv olmağımız enerji və qeyri neft məhsullarımızın ixracı üçün yeni bazarlar, texnologiyaların və innovasiyaların idxalı üçün yeni imkanlar açacaq”. Bu fikirləri Musavat.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib. O deyib ki, bir qütbləşməyə gedən dünya nizamında BRİCS çox qütblülüyü inkişaf etdirir və bu təşkilatda birləşən ölkələr bərabər hüquqlu münasibətlərin formalşadılmasını ehtiva edir: “Belə ki, BRİCS iqtisadi təşkilat kimi yaradılsa da bu gün siyasi, humanitar və mədəni inteqrasiyanı özündə birləşdirir. 24 oktyabrda Rusiyanın Kazan şəhərində BRİCS+ formatında Sammit keçirildi. Bu sammitə 22 ölkənin lideri, 36 ölkənin və 6 beynəlxalq təşkilatın nümayəndəsi, BMT –nin Baş katibi Antoni Qutereş iştirak etdi. Ölkəmiz də dövlət başçımızın rəhbərliyi altında təşkilatın sammitində iştirak edərək BRİKS –in inkişafı, həm də ölkəmiz üçün əhəmiyyətli dəyərli nitqlə çıxış etdi. Dövlət başçımız ölkəmizin beynəlxalq təşkilatlarda iştirakı ilə verdiyimiz töhfələrdən, yerləşdiyimiz coğrafiyanın verdiyi imkanlardan səmərəli istifadə olunaraq ərsəyə gətirdiyimiz Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin, ev sahibliyi edəcəyimiz COP29 tədbirin əhəmiyyətindən və ölkəmizin sülhlə bağlı təşəbbüslərin gündəliyindən danışaraq tədbir iştirakçılarını məlumatlandırdı. BRİCS həm də ikitərəfli görüşlərin keçirilməsi üçün çox vacib platformadır. Dövlət başçımız sammit çərçivəsində bir sıra dövlət başçıları ilə rəsmi və qeyri-rəsmi görüşlər keçirərək ölkələrimiz arası münasibətlərin inkişaf etdirilməsi ilə bağlı vacib məsələlər müzakirə etdi”. Deputat əlavə edib ki, Kazan Sammitində yadda qalan hadisələrdən biri cənab Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında sammit masası arxasında ikitərəfli dialoqun qurulması və sonradan ikitərəfli görüşün keçirilməsi oldu: “Azərbaycan və Ermənistan dövlət başçıları bir çox beynəlxalq platformalarda tədbirlərə birgə qatılsa da uzun zaman idi ki, ikitərəfli görüş keçirilmirdi. Amma bu sammit çərçivəsində dövlət başçılarımızın ikitərəfli görüş keçirməsi və sülh müqaviləsi ilə bağlı danışıqların aparılması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi və digər məsələlərin müzakirəsinin intensivləşdirlməsi üçün XİN rəhbərlərinə tapşırıqların verilməsi regiona sülhün və əməkdaşlığın gəlməsinin tezləşməsi baxımından əhəmiyyətli oldu. Ümumiyyətlə BRİCS+ Sammiti ölkəmiz üçün uğurlu olduğunu hesab edirəm. Amma çox təəssüf ki, Azərbaycanın BRİCS-ə üzvlüyü məsələsi Hindistanın ermənipərəst mövqeyini nümayiş etdirməsi üzündən baş tutmadı. Amma yaxın gələcəkdə ölkəmiz də BRİKS-ə üzv olacaq . Bu, bizə BRİKS platformasında öz sözümüzü deməyə, yeni əməkdaşlıqların qurulmasına, yeni bazarlara çıxışımızın açılmasına imkan verəcəkdir”. Geri qayıt |