Əsas Səhifə > Güney Press > Qərb Gürcüstan hökumətinə xəbər göndərib:

Qərb Gürcüstan hökumətinə xəbər göndərib:


26-10-2024, 14:32
Qərb Gürcüstan hökumətinə xəbər göndərib:
Gürcüstan hökuməti Qərbdəki tərəfdaşlarından yaxşı siqnallar alıb ki, yaxın gələcəkdə respublika ilə münasibətlər yenidən düzələcək.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan baş naziri İrakli Kobaxidze deyib.

“Bizə möhtəşəm sinqallar var və onlar göstərir ki, münasibətlər çox tezliklə əvvəl proqnozlaşdırdığımız kimi yenidən formalaşacaq. Söhbət strateji tərəfdaşlarımızdan alınan siqnallardan gedir” – deyə o bildirib.

Bununla belə, əvvəl “Gürcü Arzusu” Partiyası ilə ittifaqda olmuş keçmiş prezident Georgi Marqvelaşvili başqa fikirdədir. O, səsvermədə iştirakdan sonra deyib ki, aktivliyin çox olması hökumətin dəyişəcəyini göstərir. Marqvelaşvili gürcü xalqının hökumətə Rusiyaya getməsi üçün bilet kəsdiyini bildirib.

Qeyd edək ki, Qərblə Gürcüstanın münasibətləri hakim partiyanın xarici agentlər haqqında qanunun qəbulundan sonra pisləşib. Qərb Gürcüstanı Avropa yolundan dönməkdə ittiham edib və ona sanksiyalar tətbiq edib.

Geri qayıt