Əsas Səhifə > Güney Press > Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq"

Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq"


Bu gün, 15:18
 Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq"
"Ya sizə xidmət edən hökuməti seçin, ya da xarici dövlətlərə işləyən agenturanı".
Bu sözləri milyarder, "Gürcü arzusu" partiyasının qurucu lideri Bidzina İvanişvili deyib. O, müxalifəti "xarici agentura" adlandırıb.

"Xatırladıram: qonşuluğumuzda müharibə gedir. Agenturanın idarə etdiyi ölkə (Ukraynanı nəzərdə tutur -red.) tapşırıq verib ki, Gürcüstanı nə yolla olursa-olsun, müharibəyə cəlb etmək lazımdır. Sizi əmin edirəm ki, bu, çox çəkməyəcək, dərhal (müxalifət qalib gəlsə) baş verəcək".

İvanişvili deyib ki, "Gürcü arzusu" qalib gəldikdən sonra ölkədə qütbləşmə aradan qalxacaq.

Bu gün Gürcüstanda parlament seçkiləridir. 18 partiya 150 mandat uğrunda mübarizə aparır. Ölkədə 3,5 milyon seçici var. Onların səs verməsi üçün 3,1 min məntəqə qurulub. Seçkilər yalnız proporsional sistem üzrə keçirilir. İlk dəfədir, elektron səsvermə qaydası tətbiq olunub. Rəy sorğularının nəticələrinə görə, seçkinin favoriti hakim partiya olan "Gürcü arzusu" sayılır. O, səslərin 60 faizinə iddia edir.

Geri qayıt