Əsas Səhifə > Güney Press > İsrailin növbəti hədəfi Xameneyidir

İsrailin növbəti hədəfi Xameneyidir


26-10-2024, 16:28
İsrailin növbəti hədəfi Xameneyidir
İsrail İranın dini lideri Xameneyini öldürə bilər.

“Cebheinfo.az”-ın məlumatına görə,“Jerusalem Post” qəzetinin Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan analitiki Salem Əlkətbi belə deyib.

Əlketbi Xameneyinin öldürülməsi ehtimalının son dərəcə mümkün olduğunu və İranın bu ehtimalı istisna etmədiyini bildirib.

Analitik iddia edib ki, son vaxtlar bir çox mühüm şəxsiyyətləri qətlə yetirən İsrail İran lideri Əli Xameneyini də öldürə bilər.

Salem Əlkətbi “Jerusalem Post” qəzetindəki məqaləsində qeyd edib ki, İsrailin İranın təhlükəsizlik aparatına nüfuz etməkdə uğur qazanması fonunda Xameneyinin öldürülməsi ehtimalı son dərəcə mümkündür.

“İranın təhlükəsizlik qurumlarını və onun müvəkkillərini, xüsusilə də Livandakı “Hizbullah”ı hədəf alan son hücumlar və kəşfiyyat boşluqları Xameneyinin sui-qəsd ssenarisini son dərəcə inandırıcı edir.

Görünür, İsrail İranın tanınmış və İranı dəstəkləyən liderlərinə qarşı sui-qəsdlər edib, İranın maraqlarına böyük zərbə vursa da, İran İsrailin bu hücumlarına cavab verə bilmədi”, - deyə Əlkətbi əlavə edib.

“Bu ehtimal İranın təhlükəsizlik qurumlarını son dərəcə diqqətli olmağa məcbur edir. İran və İsrail arasında gizli şəkildə qəbul edilmiş anlaşma qaydalarının və münaqişənin sərhədlərinin dağılmasını nəzərə alsaq, vəziyyət xüsusilə gərgindir.

Onun adı ictimaiyyətə açıqlanan sui-qəsd siyahısında olmasa da, Xameneyini İsrailin potensial hədəfləri sırasına daxil edən müxtəlif amillər var. Hücumlarla İranın etibarlı qüvvələrini zəiflədən İsrailin özünəməxsus hesab etdiyi hazırkı geosiyasi iqlim də Xameneyini İsrailin potensial hədəfləri dairəsinə gətirir.

İsrailin hərbi əməliyyatlarına hazırkı beynəlxalq və regional dəstək də İsraili İranın yüksək səviyyəli liderlərini, o cümlədən Xameneyini hədəf almasına sövq edir. İsrailin Xameneyini hədəf almasında başqa bir amil Xameneyinin sui-qəsd ssenarisini potensial olaraq ən az xərc tələb edən və ən təsirli ssenari hesab edən strateji şərhlərinin olmasıdır.

Xameneyiyə sui-qəsd ssenarisi İranın əsl narahatçılığına çevrilib. Xüsusilə, İsrailin Nəsrullaha və HƏMAS lideri İsmayıl Haniyəyə hədəflənmiş hücumlarından sonra artıq orada təhlükəsizlik qüvvələri tərəfindən ona etinasız yanaşılmır.

Bu, Nəsrullahın sui-qəsd xəbərini aldıqdan sonra İranın ali Rəhbəri təhlükəsiz yerə çatdırmağa tələsdiyi barədə xəbərləri də təsdiqləyir”, - məqalədə belə yazılır.

Geri qayıt