Əsas Səhifə > Güney Press > Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir26-10-2024, 23:24 |
Gürcüstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin baş tutduğunu elan edib. "Report"un yerli bürosu xəbər verir ki, saat 20:00-a olan ilkin məlumatına görə, seçici fəallığı 58,94 % təşkil edib. Səslərin 70,9 %-i işlənildikdən sonra “Gürcü Arzusu” 52,98 % səs toplayıb. “Gürcü arzusu”na 921 067 seçici səs verib. Parlamentə, həmçinin 4 müxalifət partiyası daxil olur: ”Dəyişiklik Koalisiyası” – 11,2 %, ”Vahidlik – Milli Hərəkat” – 9,8 %, ”Güclü Gürcüstan” – 9 %, ”Qaxariya – Gürcüstan naminə” – 8,2 %. Qalan partiyalar 5 %-lik baryeri keçə bilməyiblər. Parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstanda, 67-si isə xarici ölkələrdə yerləşirdi. Seçicilərin ümumi sayı 3 508 294 nəfər təşkil edib. Onlardan 3 113 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edib. Qeyd edək ki, Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq. Geri qayıt |