Əsas Səhifə > Güney Press > İsrail İran ordusunu iflic etdi

İsrail İran ordusunu iflic etdi


Bu gün, 00:18
İsrail İran ordusunu iflic etdi
İranın ballistik zavodunun bərpasına 2 il vaxt lazım olacaq.

TNS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Elaph” xəbər saytı məlumatlı mənbəyə istinadən bildirib.

Qeyd edilib ki, İsrailin İrana hava zərbələri zamanı “Xeybar” və “Qasem” raketlərini gücləndirmək üçün istifadə edilən ağır yanacaq qarışdırıcılarının yerləşdiyi raket zavodu vurulub.

İran bu ayın əvvəlində İsrailə hücumu zamanı həmin ballistik raketlərdən istifadə edib.

Mənbə tamamilə dağılmış zavodun bərpasının iki il çəkəcəyini vurğulayıb.
Geri qayıt