Əsas Səhifə > Güney Press > Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq?

Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq?


Bu gün, 09:03
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq?
Vahid tələbə kartları hazırdır, amma hələ ki, tələbələrə paylanılmayıb.

Bu barədə TNS-ə Təhsilin İnkişafı Fondundan məlumat verilib.

“Hazırda kartların əvvəlcə hansı universietlərdə paylanacağını gözləyirik.

İlk universitet müəyyənləşdikdən sonra növbəli şəkildə paylanılacaq və barədə məlumat veriləcək”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, vahid tələbə kartlarının oktyabrın 15-dən etibarən ali təhsil müəssisələrində tələbələrə paylanacığı açıqlanmışdı.

İlkin olaraq 11 universitetin-Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Univeristeti və Azərbaycan Dillər Universitetinin adları qeyd olunmuşdu.

Onu da qeyd edək ki, Təhsilin İnkişafı Fondu öz tərəfdaşları ilə birlikdə vahid tələbə kartı ilə bağlı 250-dən çox şirkətlə razılaşma əldə edib.

“TələbəPlus” kartı eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Bank əməliyyatlarını da kart vasitəsilə yerinə yetirmək mümkün olacaq.

Xatırladaq ki, bir müddət öncə Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni “TələbəPlus” tələbə kartlarının istifadəyə verilməsi məqsədilə memorandum imzalanıb. Kart vasitəsilə tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. Əlavə olaraq, layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilələrin imzalanması və tələbələr üçün xüsusi güzəştlərin əldə olunması istiqamətində addımlar atılıb. Bu imkanlar restoran, kafe, kitab, geyim, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda mövcud olacaq.
Geri qayıt