Əsas Səhifə > Güney Press > Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi

Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi


Bu gün, 12:26
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Türkiyə hökuməti 8 658 il həbs cəzasına məhkum edilmiş Adnan Oktarın varidatını müsadirə edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət xəzinəsinə keçən sərvətin dəyəri 2 milyard lirə (təxminən 99 milyon 200 min manat) olub.

Bildirilir ki, İstanbulun Beşiktaş, Üsküdar, Sarıyer, Kartal, Tuzla rayonlarında yerləşən 16 ev və lüks avtomobillər də daxil olmaqla 61 maşın xəzinəyə köçürülüb.

Qeyd edək ki, "Harun Yəhya" ləqəbli Adnan Oktar Türkiyədə cinayət şəbəkəsi qurmaq, siyasi və hərbi casusluq, uşaqlara qarşı cinsi təcavüz və digər əməllərinə görə həbs olunub.
Geri qayıt