Əsas Səhifə > Güney Press > Mehdiyevlə yanaşı Həbibbəyli də

Mehdiyevlə yanaşı Həbibbəyli də


Bu gün, 13:07
Mehdiyevlə yanaşı Həbibbəyli də
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibi təsdiqlənib.
Yeniavaz.com xəbər verir ki, Milli Ensiklopediyanın yeni redaksiya heyətində birinci müavin vəzifəsi ləğv olunub və bu səbəbdən daha əvvəl birinci müavin vəzifəsini icra edən Ramiz Mehdiyev redaksiya heyətində adi üzv olub.
Bundan başqa daha əvvəl redaksiya heyətində müavin vəzifəsi daşıyan AMEA-nın prezidenti İsa Həbibəyli bundan sonra Milli Ensiklopediyanın baş redaktoru vəzifəsini icra edəcək.
Daha əvvəl Milli Ensiklopediyanın baş redaktoru vəzifəsini icra edən AMEA-nın sabiq prezidenti Akif Əlizadə isə müavin təyin olunub.
Geri qayıt