Əsas Səhifə > Güney Press > İşçi əməyinin ödənilməsi və dərəcələrinin müəyyən edilməsi...

İşçi əməyinin ödənilməsi və dərəcələrinin müəyyən edilməsi...


Bu gün, 09:46
İşçi  əməyinin ödənilməsi və dərəcələrinin müəyyən edilməsi...
Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən,işçi əməyinin ödənilməsi və dərəcələrinin müəyyən edilməsi aşağıdakı qaydada həyata keçirilməıidur:
1. İşçilərə - əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.
2. Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilməlidir.
3. Əmək normalarını daha yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirən işçilərin ixtisas dərəcəsi-birinci növbədə və ya işəgötürənin mülahizəsi ilə növbədənkənar artırılır.
4. Azı 3 ay daha yüksək dərəcə üzrə işləmiş və ya ixtisas imtahanlarını vermiş işçinin ona yüksək ixtisas dərəcəsi verilməsini - əmək müqaviləsi bağladığı işəgötürəndən tələb etmək hüququ vardır. İşçilərin bu tələbi işəgötürən tərəfindən təmin olunmalıdır.
5. İstehsal və əmək intizamının pozulmasına səbəb olan pozuntulara yol verən işçinin ixtisası bir dərəcə aşağı salına bilər. İşçinin aşağı salınan dərəcəsi ümumi qaydada, lakin aşağı salındıqdan ən 3 ay sonra artırıla bilər.
6. Əməyinin ödənilmə dərəcəsi aşağı salınmış işçinin əvvəlki dərəcəsi ən azı 3 aydan sonra müsbət nəticələr əldə edildiyi halda bərpa edilə bilər.
7. İşəgötürən həmkarlar təşkilatının iştirakı ilə işçilərin müəyyən olunmuş qaydada attestasiyasını keçirməklə attestasiyanın nəticələrinə əsasən işçilərin əməyinin ödənilmə dərəcələrini müəyyən edilmiş hüdudlarda artırmaq və ya aşağı salmaq hüququna malikdir.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ"

Geri qayıt