Əsas Səhifə > Güney Press > Putindən Çinə qəribə təklif

Putindən Çinə qəribə təklif


Bu gün, 09:49
Putindən Çinə qəribə təklif
Rusiya və Çin ortaq qəhrəmanlıq tarixinin anlarını bölüşür. Bu sözləri Rusiya prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.
Dövlət başçısı vurğulayıb ki, Rusiya və Çin tarixinin ortaq səhifələri haqqında çox az adam bilir.
“Bizim bir çox qəhrəmanlıq tariximiz var, çox şey var ki, geniş tamaşaçı kütləsi, geniş auditoriya bu hadisələri bilməkdən məmnun olardı. Lakin bu hadisələrdən çox az adam xəbərdardır” - Putin deyib.

Prezident qeyd edib ki, çəkilməkdə olan Rusiya və Çinin birgə istehsalı olan filmdə digər məsələlərlə yanaşı, Rusiya Federasiyası və Çin Xalq Respublikasının tarixinin birgə səhifələrindən də danışılacaq.
Bundan əvvəl Putin və Çin sədri Si Cinpin hər iki ölkənin müvafiq idarələrinə birgə film istehsalı ilə bağlı memorandum hazırlamağı tapşırmışdılar.
Putin müsahibəsində həmçinin qeyd edib ki, Rusiya Çinə “İntervision”a bənzər ortaq yüksək səviyyəli festival yaratmağı təklif edib.
“İntervision”a bənzər yüksək səviyyəli festival yaratmaq da yaxşı ideyadır. Biz bir dəfə bunu təklif etmişdik və çinli dostlarımız bunu dəstəkləyib” - Putin qeyd edib.

"DİA-AZ"

Geri qayıt