Əsas Səhifə > Güney Press > Rusiyada general rüşvət almağa görə həbs edilib

Rusiyada general rüşvət almağa görə həbs edilib


28-10-2024, 11:30
Rusiyada general rüşvət almağa görə həbs edilib
Rusiya Silahlı Qüvvələrinin rabitə planlaması idarəsinin keçmiş rəisi, general-mayor Aleksandr Oqloblin həbs edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, general rüşvət almaqda ittiham olunur.

İstintaqın versiyasına görə, Oqloblin 2016-2021-ci illərdə "Telta" Perm telefon zavodunun nümayəndələrindən Müdafiə Nazirliyinə rabitə cihazlarının tədarükü üçün dövlət müdafiə sifarişinin icrasına himayədarlığa görə 10 milyon rubldan çox rüşvət alıb.

Oqloblinə qarşı xüsusilə külli miqdarda rüşvət alma maddəsi ilə iş açılıb.

Qeyd olunub ki, bu, generala qarşı açılan ilk iş deyil. Belə ki, 2022-ci il fevralın 14-də Oqloblin 1,6 milyard rubl oğurluğuna görə 4,5 il həbs cəzası alıb. Onunla birlikdə işə Baş Qərargah rəisinin müavini də istintaqa cəlb olunub. İstintaqın versiyasına görə, onlar avadanlıqları şişirdilmiş qiymətlərlə alıblar. Avqust ayında Oqloblinin vəkili general-mayorun Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-leytnant Vadim Şamarinin əleyhinə ifadə verdiyi üçün koloniyadan azad edildiyini bildirilib.

Geri qayıt