Əsas Səhifə > Güney Press > Azərbaycanda keçmiş polis rəisinin qardaşı qətlə yetirilib

Azərbaycanda keçmiş polis rəisinin qardaşı qətlə yetirilib


28-10-2024, 12:51
Azərbaycanda keçmiş polis rəisinin qardaşı qətlə yetirilib
Ötən gün Biləsuvardakı qaçqın şəhərciyində baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, Cəbrayıl rayon sakini 1980-ci il təvəllüdlü Şahverdiyev Şahin Vəli oğlunun döyülərək qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədquliyev Seymur Şahin oğlu saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Qeyd edək ki, mərhumun Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) keçmiş rəisi Araz Şahverdiyevin ögey qardaşı olduğu deyilir.

Geri qayıt