Əsas Səhifə > Güney Press > Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi

Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi


Bu gün, 12:59
Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətində dəyişiklik edilib.

"DİA-AZ" modern.az-a istinadən bildirir ki, Milli Ensiklopediyasının redaksiya heyətinə yeni üzvlər təyin edilib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov redaksiya heyətinin üzvləri təyin olunub.

AMEA-nın akademik-katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru Arif Həşimov və AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru Kərim Şükürov də redaksiya heyətində təmsil olunacaqlar.

Geri qayıt