Əsas Səhifə > Güney Press > "Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər"

"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər"


Bu gün, 15:31
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər"
“Darıxanda, depressiyaya düşəndə sosial şəbəkədə canlı yayıma çıxıram. Çox tez depressiyaya düşən insanam. Yaradıcı insanlar səma insanlarıdır, tərki-dünyalığı sevirlər. Həssasdırlar, xüsusən aktyor-aktrisalar...”

Bu sözləri Teleqraf.com-a Xalq artisti Naibə Allahverdiyeva deyib.

Onun sözlərinə görə, sosial şəbəkə izləyiciləri ilə söhbətlər onu depressiyadan çıxarır:

“Tamaşaçılarımı sevirəm, çalışıram həmişə onlarla səmimi olam. O insanların qəlbində yaşayırıq. Onlar olmasa biz kimik ki...Üç-dörd il öncə çox pis xəstəlik keçirdim, ağır depressiya düşdüm. Depressiya çox ağır bir haldır, hətta insan özünə xətər yetirə bilər. Bir anlıq hər şeyi atıb gedə, itə bilərdim. O dövrlərdə sosial şəbəkələrdə insanlar mənə o qədər gözəl sözlər, fikirlər yazırdılar ki, mənim ilham pərim oldular. Ağır depressiyadan xilas oldum”.


Geri qayıt