Əsas Səhifə > Güney Press > ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər

ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər


Bu gün, 15:55
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər
Amerikanın ən varlı insanları Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləyirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Nəşrə görə, Tramp kampaniyası zamanı müttəfiqlərin köməyi ilə toplanan 1,7 milyard dollarlıq ümumi ianənin təxminən üçdə biri - 566 milyon dolları milyarderlərdən gəlib. Respublikaçının rəqibi Demokratlar Partiyasından namizəd Kamala Harrisin topladığı 2,2 milyard dollarlıq vəsaitin eyni hissəsi isə cəmi 6% təşkil edib.
Nəşr həmçinin qeyd edib ki, ABŞ-də “Forbes”in siyahısında olan 800-ə yaxın milyarderdən 144-ü 2024-cü il seçkilərinə təsir etmək üçün sərvətindən istifadsə edir.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Geri qayıt