Əsas Səhifə > Güney Press > “Traktor” “Alüminium”u əzib keçdi
“Traktor” “Alüminium”u əzib keçdiBu gün, 16:04 |
Oktyabrın 27-də İran Premiyer Liqasının 9-cı həftəsinin oyunları çərçivəsində Təbrizin “Traktor” və Arakın “Alüminium” komandaları arasında qarşılaşma olub. Axar.az xəbər verir ki, bu barədə idman mediası məlumat yayıb. Təbrizin “Səhənd” stadionunda keçirilən oyun Təbriz təmsilçisinin 2-0 qələbəsi ilə başa çatıb. Görüşün 31-ci dəqiqəsində “Traktor”un hücumçusu Mehdi Turabi qırmızı kart alaraq oyundan kənarlaşdırılıb. Bu, Təbriz komandasının qalib gəlməsinə mane olmayıb. Hazırda “Traktor” 16 xalla reytinq cədvəlində üçüncü pillədə qərarlaşıb. Geri qayıt |