Əsas Səhifə > Güney Press > “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək”

“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək”


Bu gün, 16:53
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək”
“Gürcüstan son illərə qədər Qərb neo imperialistlərinin əsas plastarm mərkəzlərindən biri idi. Məhz Gürcüstanda müstəqil idarəetmə ilə bağlı çox ciddi problemlər yaşanırdı. Özəlliklə, müxtəlif qüvvələr tərəfindən Gürcüstan Cənubi Qafqazdakı maliyyə oyunlarının mərkəzi halına gətirilməyə çalışılırdı”.

Bu sözləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Siyasi şərhçinin sözlərinə görə, İrakli Kobaxidzenin vətənpərvər hakimiyyəti Gürcüstan üzərindən oynamağa çalışılan təhlükəli oyunların qarşısını aldı:

“Gürcüstanda qəbul edilən “Xarici agentlər haqqında” qanun layihəsi bu qəbildən çox maraqlı və çox önəmi təşəbbüs oldu. İndiki hökumət beynəlxalq imperialist qüvvələrin və güc mərkəzlərinin Cənubi Qafqaza sıçramağa çalışmaq cəhdlərinin qarşısını alacaq. Digər bir tərəfdən, “Gürcü arzu” partiyasının rusyönümlü olması ilə bağlı Qərb və onların agentura şəbəkəsi tərəfindən qəsdən uydurulmuş təbliğat var. “Gürcü arzusu” Rusiya yönümlü deyil. “Gürcü arzusu” partiyası bəyan edib ki, onların əsas məqsədi daha güclü bir Gürcüstan dövləti və daha firavan, rifah səviyyəsində yaşayan bir gürcü xalqı görməkdir”.

T.İsmayılov qeyd edir ki, Qərb ənənəvi addımlarını atacaq:

“Bundan əvvəl də Qərb Gürcüstanı qarışdıraraq özünün çirkin niyyətlərini həyata keçirməyə çalışırdı. Amma “Xarici agentlər haqqında” qanun layihəsinin qəbulundan sonra da seçkilərdə Qərbin və sorosçuların dəstəklədiyi siyasi qüvvələrin qələbə qazana bilməməsi Qərbi daha da aqressivləşdirəcək. Bu qüvvələr Gürcüstan daxilində müxtəlif etirazlar, aksiyalar və sair faktorlardan istifadə etməyə çalışacaqlar. Gürcüstanda vətəndaş qarşıdurması yaradıb ölkə daxilində insanlar arasında toqquşmalarda maraqlı olan xarici qüvvələr, əlbəttə ki, çoxdur. Bununla bağlı Gürcüstanın güc strukturları da dəfələrlə məlumat yayıb. Amma mən hesab edirəm ki, Gürcüstan hakimiyyətinin yekdilliyi bir çox məsələlərdə ardıcıl və prinsipial mövqeləri bu cəhdlərin qarşısını da uğurla alacaqdır”.

Ekspert bildirir ki, Azərbaycanla münasibətlər Gürcüstan üçün hər zaman önəmli olub:

“Gürcüstanda iqtidarda hansı siyasi qüvvənin təmsil olunmağından asılı olmayaraq, Azərbaycan- Gürcüstan münasibətləri həmişə yaxşı qonşuluq kontekstində davam edibdir”.

Geri qayıt