Əsas Səhifə > Güney Press > Tramp qalib gələrsə...

Tramp qalib gələrsə...


Bu gün, 17:01
Tramp qalib gələrsə...
Respublikaçıların namizədi Donald Tramp prezident seçkilərində qalib gəlsə, ABŞ NATO-nun üzvü olaraq qalacaq.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Cey Di Vens NBC telekanalına müsahibəsində buna əmin olduğunu bildirib.

Vensın sözlərinə görə, Tramp Alyansın gücünü itirməməsini təmin etmək istəyir.

"O, bizim NATO-da qalmamızı istəyir", - Vens Donald Trampın niyyətləri haqqında danışıb.

Bununla belə, Vensin sözlərinə görə, Donald Tramp həm də NATO ölkələrinin faktiki olaraq müdafiə yükündəki paylarını daşımasını istəyir.

Bundan əvvəl Donald Tramp bəyan edib ki, ABŞ NATO xərclərinin böyük əksəriyyətini öz üzərinə götürür, digər ölkələr isə Alyansa öz töhfələrini vermir. Trampın sözlərinə görə, NATO-ya üzv ölkələr ABŞ-dan "dəli kimi” ticarətdən faydalanırlar və üstəlik, alyansdakı borclarını ödəmirlər.

"Birləşmiş Ştatlar digərlərinin əvəzinə deyil, ədalətli payını ödəməlidir. Hesab edirəm ki, ABŞ NATO-ya 90%, bəlkə də 100% ödəyib. Və unutmayın: bu, bizim üçün deyil, onlar üçün daha vacibdir. Bəzi problemlər qarşısında gözəl, böyük okeanımız var”, deyə Tramp bildirib.

2023-cü ilin dekabrında Konqres ABŞ prezidentlərinin ölkənin NATO-dan çıxması ilə bağlı birtərəfli qaydada qərar verə bilməyəcəyi barədə qanun qəbul edib.
Öz növbəsində Avropa Trampın Ağ Evə qayıdacağı təqdirdə ABŞ-ın NATO-dan çıxmasına hazırlıq görməyə çağırıb.

Geri qayıt