Əsas Səhifə > Güney Press > Ermənistandan İsrailə etiraz:

Ermənistandan İsrailə etiraz:


Bu gün, 17:22
Ermənistandan İsrailə etiraz:
Ermənistan beynəlxalq təhlükəsizliyi pozmağa yönəlmiş və ötən həftə də İran İslam Respublikasına qarşı nümayiş etdirilən hərəkətləri pisləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Regionda (Yaxın Şərq) baş verən hadisələrdən çox narahatıq. Ümid edirik ki, diplomatiya beynəlxalq hüququn qorunması və gələcək arzuolunmaz hadisələrin qarşısını almağa imkan verəcək”, - XİN bildirir.

İsrail İranın oktyabrın 1-də öz ərazisinə irimiqyaslı raket hücumuna cavab olaraq oktyabrın 26-da bu ölkəyə hava zərbələri endirib. İran “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq İsraili hədəfə almışdı.

Geri qayıt