Əsas Səhifə > Güney Press > “Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi

“Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi


Bu gün, 18:06
“Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan jurnalistin “azərbaycanlılar Cermuku tərk edibmi” sualına qəzəblənib.

Globalinfo.az xəbər verir ki, general bunun “cavab verə bilməyəcəyi strateji sual” olduğunu bildirib.

Jurnalist “demişdiniz ki, onlar mühasirədə ac qalıb gedəcəklər, bəs niyə ordadırlar?” deyə soruşub. Asryan isə bu sualı hərbi toqquşmaya təhrik kimi qiymətləndirib:

“Baş Qərargah rəisinə demək istəyirsiniz ki, silahı götürüb, azərbaycanlıları oradan çıxar. Bu suala cavab verməyəcəyəm”.

Qeyd edək ki, Azərbaycan Ordusunun Ermənistan ərazisində hansısa mövqeləri ələ keçirməsi haqda iddialar əsassızdır. Silahlı Qüvvələrimiz yalnız dövlət sərhədini bərpa edib. Erməni tərəfi tez-tez “Cermukda itirilmiş mövqelər” deyərək Azərbaycanın 4 kəndinin işğal altında olmasını pərdələməyə çalışır.

Geri qayıt