Əsas Səhifə > Güney Press > "Tunellərdə baş verən təbii fəlakət yox, məsuliyyətsizlikdən doğan fəlakətdir...”
"Tunellərdə baş verən təbii fəlakət yox, məsuliyyətsizlikdən doğan fəlakətdir...”Dünən, 23:56 |
“Mən cox vaxt bir hərbçi olaraq mülki işlərə, problemlərə qarışmaq istəmirəm. Ancaq bu dəfə, yəni Bakıda oktyabrın 21-dən 22-ə keçən gecə baş vermiş leysan yağışlar zamanı bir neçə tuneli, küçələri, evləri su basması və bunun nəticəsində iki nəfər gənc soydaşımızın da həlak olması və bütün bunlara görə məsuliyyət daşıyan rəhbər məmurların tədbirlər görməyə, bu faciələrə səbəb olanları cəzalandırmaq əvəzinə, baş verənləri sadəcə “təbi fəlakət” adlandırması məni danışmağa vadar etdi. Həm də ona görə danışıram ki, körpü, tunel salınması sahəsində xeyli təcrübəm var”. Bunu Moderator.az-a açıqlamasında oxucularımıza, tanınmış Qarabağ qazisi, I Qarabağ savaşında könüllü tabor komandiri kimi tanış olan, lakin eyni zamanda 2012-2013-cü illərdə “Dərnəgül yolu” adlanan Ziya Bünyadov prospektində iki tunelin tikintisini aparan şirkətin icraçı direktoru kimi çalışmış Azay Kərimov söyləyib. Həmsöhbətimiz körpülərin altından keçən və digər tunellərdə yağış sularının axıdılması üçün drenaj sisteminin işlədilməsinin detallarını açıqlayıb. “Qismət elə gətirdi ki, ordudan ehtiyata buraıldıqdan az sonra, bir müddət Bakida böyuk bir tikinti şirkətinin icraci direktoru vəzifəsində calişdim. “Koroğlu” metro stansiyası istiqamətindən Dərnəgul yolunda bir neçə körpü və tunel də həmin calişdigim şirkətin məhsullarıdır. Deməli, məsələ belədi; podratçı şirkət körpünü tikir. Bundan sonra inşa etdiyi körpü 5 il müddətinə həmin şirkətin nəzarətində qalır. Yəni şirkət həmin obyektdə nasosçular, iki texnik, hətta bagban, süpürgəcisindən belə saxlayir və onlara ayliq maaş verir. Bir sözlə, körpünü dövlətə təhvil verənədək şirkət onun üzərində əsim-əsim əsir. 5 ildən sonra inşa şirkət etdiyi körpunu, yaxud tuneli yerli icra orqanina, yəni əgər söhbət Bakıdan gedirsə, körpünün aid olduğu rayonun icra hakmiyyətinə təhvil verir. Və hər şey sənədlərlə uçota alındıqdan, təsdiqləndikdən sonra şirkət öz əməkdaşlarini oradan cixarir. Onların yerini isə yerli icra hakimiyyətinin ştatlar üzrə (fəhlə, texnik, nasoscu, bagban, süpürgəci və s.) ayırdığı işçilər tutur. Və həmin işçilər icra hakimiyyətinin nəzarəti altında həmin körüpünü, tunelin qaygisina qalmali, ona gərəyincə qulluq etməlidirlər. Əgər fikir vermisinizsə, müasir körpulərin altinda, tunellərdə hər iki tərəfdən, sağda və solda qapilar var. Həmin qapıların arxasinda cox dərin və su tutumu 40 tona qədər olan su hovuzları, anbarları olmalıdır. Həmin hovuzlarin üstündə isə 20 ədəd yuksək təzyiqlə sovuran iri su nasosları var. Deməli, tuneldə ümumilikdə 40 nasos işləməlidir. Biz tikdiyimiz tunellərdə belə idi. Yagış yağarkən sular öncə həmin hovuzlara dolur. Və yagış suları hovuzlarda 1 metr səviyyəsinə qalxdıqdan sonra hər tərəfdə dediyim 20 ədəd nasos avtomatik olaraq işə düşür və suyu sovurub kanalizasiyaya vururlar. Yəni məsələyə sırf texniki baxımdan yanaşdıqda, belə nəticəyə gəlmək olur ki, həm Bağırov körpüsündə, həm Sabunçu körpüsünün ərazicə aid olduğu rayon icra hakimiyyətləri həmin körpülərə ya kifayət qədər işçi ayırmayıblar, yaxud onların işinə nəzarət edən olmayıb, nasoslar texniki xidmət göstərilməyib, vaxtlı-vaxtında təmir olunmayıb, sıradan çıxıb və s. və i.a. Bu mənada sırf paytaxtdakı tunellərə suyun dolmasına, insanların boğularaq həlak olmasına, avtomobillərin batmasına cavabdeh aşağıda həmin körpülərə, tunellərə məsul edilmiş işçilər, yuxarıda isə buna nzəarət etməli olan icra hakimiyyətləridir. Mənim bildiyimə görə, Bakida olan bütün körpulər podratçı şirkətlər tərəfindən coxdan müvafiq rayon icra hakimiyyətlərinə təhvil verilib... Dünənki qısamüddətli və güclü olmayan yağışlar zamanı da yenə eyni körpü tunellərin su ilə dolması onu göstərir ki, əvvəlki hadisədən keçən bir həftəlik vaxtda da deyilən işlər görülməyib. Tunellərə dolan suları qeyd etdiyim hovuzlardakı nasoslar vasitəsilə vurulması əvəzinə, sonradan FHN əməkdaşları təmizləyirlər... Deməli, ya nasoslar ümumiyyətlə, yoxdur, ya da tamam sıradan çıxıblar. Özü də o nasoslar çox güclü nasoslardır – onların 20-si yox, 3-4-ü də işləsə su o dərəcədə qalxmaz... Və ola bilməz ki, həmin 20 nasosun 20-si də eyni vaxtda yansın. Sual olunur: bəs necə olur, digər daha uzun tunelləri olan körpülərdə, məsələn, Dərnəgül yolundakı körpülərdə belə problemlər yaşanmır. Bayaq Dərnəgüldə mənimlə bərabər körpülərin tikintisini həyata keçirmiş şirkət sahibinə zəng etmişəm, deyir ki, bizim tikdiyimiz körpülərdə bütün nasoslar necə lazımdır işləyir və heç bir problem yoxdur... Bir sözlə, belə çıxır ki, burada söhbət təbii fəlakətdən yox, məmur, əməkdaş məsuliyyətsizlyindən, səhlənkarlığından yaranan texniki fəlakətdir... Adam dəhşətə gəlir, paytaxt nədi, Bakı nədi, küçədə avtomobildə getdiyin yerdə suda bogulmaq nədi. Ayıbdı, vallah. Vallah, adamin ürəyi agriyir. Hara gedirik biz.? Bu cür məsuliyyətsiz məmurlarla? Onların özbaşınalıqlarından, İnsanlar, Vətəndaşlar həyatlarını itirirlər. Kim təyin edir bunlari, hardan tapırlar onları? İnsanlarin ölümünə milcəyin ölməyi kimi baxırlar və hamısı da cəzasız qalırlar. Bu cür hallara təcili son qoyulmalıdır”, - deyə Qarabağ qazisi yekunlaşdırıb. Geri qayıt |