Əsas Səhifə > Güney Press > Balığın qiyməti niyə bahalaşıb?

Balığın qiyməti niyə bahalaşıb?


Bu gün, 08:58
Balığın qiyməti niyə bahalaşıb?
Son günlər vətəndaşlar ölkədə balığın qiymətinin artmasından şikayət edirlər. Satıcılar isə bildirir ki, balıq azaldığı üçün qiymət artır.

Bəs görəsən balığın qiymətinin artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, buna səbəb balıq idxalının rüsumunun artırılmasıdır:

"Azərbaycan balıq idxalına hər hansı bir məhdudiyyət qoymayıb. Bu günlərdə balıq idxalının rüsumu 15 faiz artırıldı. Bu da balıq məhsullarının qiymətinə təsir göstərəcək. Hökumət bilərəkdən bu addımı atdı. Bunun iki səbəbi var. Birincisi büdcə gəlirlərini artırırlar, ikincisi isə yerli balıq təsərrüfatına imkan yaradırlar ki, onlar da qiyməti artırsınlar. Yəni bu rüsumun tətbiq edilməsi nəticəsində bazarda həm yerli balıq təchizatçıları qiyməti artıracaq, həm də idxal olunduğuna görə məcbur qalıb qiyməti artıracaqlar. Ola bilər ki, sezonla bağlı hər hansı idxalçının təchizatında problem var deyə məhsulu azdır. Amma ümumi balıqlarla əlaqədar dövlət heç bir idxal problemi yaratmır. Yerli təsərrüfat sahibləri də rahat şəkildə məhsulu bazara çıxara bilir. Amma qiymətlərin daha da artacağı gözlənilir. Bununla da ölkədə balığa tələbat azala bilər".

Geri qayıt