Əsas Səhifə > Güney Press > Naxçıvanda nazirlik “Azərmaş”dan 37,5 min manata avtomobil alır
Naxçıvanda nazirlik “Azərmaş”dan 37,5 min manata avtomobil alırBu gün, 11:08 |
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Azərmaş Park” MMC (VÖEN – 1404629451) olub. Yeniavaz.com xəbər verir ki, Agentlik MMC-dən 1 ədəd minik avtomobili satın alacaq. Agentlik avtomobilin satın alınmasına görə “Azərmaş Park” MMC-yə 37 min 500 manat ödəyəcək. Məlumat üçün bildirək ki, “Azərmaş Park” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Anar Adil oğludur. “Azərmaş” şirkətinin İdarə heyətinin sədri isə Emin Axundovdur. Onu da qeyd edək ki, “Azərmaş” adı ilə fəaliyyət göstərən çoxsaylı şirkətlər arasında “Azərmaş Avto Servis” MMC, “Azərmaş Lizinq” MMC, “Azərmaş CP” MMC, “Azərmaş Trade” MMC, “Azərmaş” MMC və “Azərmaş Park” MMC kimi şirkətlər yer almaqdadır. Neftçala və Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərən müəssisələrdə "Khazar", "Peugeot", "Renault", “ISUZU”, "Qazel", "Qazel Biznes", "Qazel Next", Samand-Khazar”, “Chevrolet Damas” adları ilə avtomobillər istehsal edilib. Geri qayıt |