Əsas Səhifə > Güney Press > Hansı şərtdən danışılır?
Hansı şərtdən danışılır?Bu gün, 12:27 |
Ermənistan BMT-nin tədbirində iştirak üçün Bakıya gəlirsə gəlsin, gəlmirsə, dünəndən gəlməsin. Bakıya gəlməklə bağlı Ermənistan rəsmilərinin hansısa şərt qoymasından söhbət gedə bilməz. Bir daha deyirəm ki, COP29 - BMT-nin tədbiridir. Azərbaycan isə sadəcə ev sahibliyi edir. Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın XİN başçısı Ararat Mirzoyanın Bakıda keçiriləcək COP29 sammitində iştirakı ilə bağlı yayılan məlumatı şərh edərkən deyib. O bildirib ki, COP29 tədbirində iştirak üçün hər hansı tələbin, istəyin olması məntiqə ziddir: “Diversantların qaytarılması, yaxud digər mövzuları müzakirə etmək üçün yetərincə imkanlar var. İkitərəfli danışıqlarda bu mövzunu qaldıra bilərlər. Mirzoyan hansı əsasla COP29-a gəlməsi üçün belə bir şərt qoya bilər? 1998-ci ildə Azərbaycan AB-nin TRASEKA proqramı üzrə bir tədbirə ev sahibliyi edirdi. Müharibə şəraitinin davam etdiyi bir vaxtda - 1998-ci ildə Azərbaycana Ermənistanın baş naziri gəlib, tədbirdə iştirak etdi. Azərbaycan bu baxımdan təhlükəsizlik təmin edir. Ona görə də tədbirdə iştirakı hansısa “şərtlə” əlaqələndirmək olmaz. Ermənistan-Azərbaycan münasibətləri hansısa şəkildə həll olunacaq. Amma BMT-nin tədbirinin buna nə aidiyyəti var? İndi hansısa Avropa ölkəsi də şərtlə gəlməlidir Bakıya? Məsələn, mən COP-a gəldim, qazı bir az ucuz sat? Bu nə məntiqdir?” Qeyd edək ki, erməni mətbuatı Mirzoyanın Baş nazir Nikol Paşinyanın razılığı ilə COP29-da iştirak üçün Bakıya gələcəyi, ancaq burada “diversantların qaytarılması” məsələsini müzakirə edəcəyini yazıb. Geri qayıt |