Əsas Səhifə > Güney Press > Fransanın planına Azərbaycan əngəli
Fransanın planına Azərbaycan əngəliBu gün, 14:27 |
Oktyabr ayının əvvəlindən Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhədə baş çəkməsi halları artıb. Dünən daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. Yayılan kadrlardan açıq görünür ki, indiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb. Sərhəd kəndinə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil. Görünür, Fransa artıq Avropa İttifaqı adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Bu, sözsüz ki, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır. Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şəhrində qeyd edib ki, Fransa Cənubi Qafqazda möhkəmlənmək üçün müxtəlif mexanizmlərə əl atırə: “Əvvəlcə, bu mexanizmlərin sırasına Aİ-nın “müşahidə” missiyası daxil idi. Bu missiya da Fransanın təşəbbüsü ilə yaradılıb və missiyanın tərkibi də hərbçi kəşfiyyatçılardır. Təbii ki, bu, Fransa üçün o qədər də yetərli deyil. Xüsusilə qeyd edim ki, rəsmi Paris Gürcüstanda hakimiyyət dəyişikliyinə ümid bəsləyirdi. Fransadakı dairələr hesab edirdilər ki, ölkə kəşfiyyatının agenti olduğu iddia edilən Salome Zurbaşvilinin rəhbərliyi altında müxalif qüvvələr parlament seçkilərində hakimiyyəti ələ alacaqlar. Yəni, Fransanın bu yolla Gürcüstana da müdaxilə etmək niyyəti var idi. Fransa Cənubi Qafqazın iki ölkəsi – Ermənistan və Gürcüstana nəzarət etməyə planlaşdırırdı. Amma seçkilərdə hakim partiyanın qələbə çalması Fransanın ümidlərini puça çıxardı. Ona görə də əsas diqqəti Ermənistana yönəldiblər. Fransa Ermənistanı silahlandırır, o cümlədən hərbi bazaların yaradılması istiqamətində addımlar atır. Azərbaycanla sərhəd ərazilərdə Fransa bayrağı altında fransız kəşfiyyatçılarının peyda olmasa məhz buna xidmət edir. Kəşfiyyatçıların əsas məqsədi Azərbaycanla bağlı müxtəlif məlumatlar toplamaqdırğ". O, br məqamı da vurğulayıb ki, Azərbaycan ilə Fransa arasında beynəlxalq rəqabət gedirə: Bu rəqabətdə "Azərbaycan Fransanın ən zəif yerlərinə zərbələr endirməkdə davam edir. Ən təqdirəlayiq addım isə Azərbaycanın Fransanın, o cümlədən Hollandiyanın müstəmləkəçilik siyasətinə qarşı mübariz edən xalqlara geniş dəstək verməsidir. Bu, Fransa və Hollandiyanı ciddi narahat edir, hər iki dövlət bunu özlərinə təhlükə sayır. Belə bir rəqabət şəraitində Azərbaycanla sərhəd ərazilərdə Fransa kəşfiyyatçılarının yerləşdirilməsi onu deməyə əsas verir ki, Paris Ermənistanda öz hərbi bazasını yaratmaq niyyəti güdə bilər. Fransanın gələcək hədəfi budur ki, Cənubi Qafqazda əsas oyunçulardan birinə çevrilsin. Azərbaycan isə buna heç bir zaman imkan verməyəcək”. Geri qayıt |